Rusiya Səfirliyi Azərbaycana təşəkkür edib

Rusiya Səfirliyi Azərbaycana təşəkkür edib

Baxış sayı: 3. 193 dəfə baxılıb.

Rusiya Səfirliyi Rusiyanın Kemerovo şəhərində 25 martda baş vermiş faciə ilə əlaqədar başsağlığı verdiyinə görə Azərbaycan hakimiyyətinə və xalqına təşəkkür edib.

Bu barədə ÇıxışYolu.Com Rusiya diplomatik nümayəndəliyinin saytına istinadən xəbər verir.

“Səfirlik Azərbaycan hakimiyyət nümayəndələrinə, diplomatik missiyaların rəhbərləri və işçilərinə, ictimai təşkilatlara Kemerovo şəhərində yerləşən “Qış albalısı” ticarət mərkəzində baş vermiş faciə ilə əlaqədar başsağlığı verən hər kəsə minnətdarlığını bildirir”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, martın 28-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Kemerovo şəhərində baş vermiş yanğında çoxsaylı insan tələfatı ilə əlaqədar Rusiyanın ölkəmizdəki səfirliyinə gələrək başsağlığı verib.

Yanğın nəticəsində 64 nəfər həlak olub, onlardan 41-i uşaqdır.

www.ÇıxışYolu.Com