23836dd4-ddd3-4cbf-ac44-5df03adc8d21..jpg

Rusiya səfirliyi Bakıda sexdəki yanğında ölənlərlə bağlı başsağlığı verib

Baxış sayı: 626 dəfə baxılıb.

Rusiya səfirliyi Bakıda sexdəki yanğında ölənlərlə bağlı başsağlığı verib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Azərbaycandakı səfirliyi Bakıda mebel sexində baş verən yanğın
nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.

Cixisyolu.com xəbər verir ki, bu barədə müvafiq paylaşım səfirliyin sosial
şəbəkələrdəki səhifəsində yerləşdirilib.

“Bakıda mebel sexində insan tələfatı ilə nəticələnən partlayış xəbəri bizi
kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə
başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”, –
paylaşımda qeyd edilib.

Xatırladaq ki, Bakıda mebel sexində baş verən partlayış və yanğın nəticəsində
yeddi nəfər ölüb, 24 nəfər yaralanıb.

Source link