Rusiya səfirliyi: “Bu ağrını bizimlə bölüşən azərbaycanlılara təşəkkür edirik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bu terror aktına biganə qalmayanlara və bu ağrını bizimlə bölüşənlərə ürəkdən
təşəkkür edirik”.
“Report” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat
katibi Yelizaveta Qlerezka bildirib.
“Martın 22-də Moskva vilayətindəki “Crocus City Hall”un konsert zalında baş
verən dəhşətli faciə bizi şoka salıb. Ölənlərin və yaralananların ailələrinə və
yaxınlarına dərin hüznlə başsağlığı verir, onların dərdinə şərik oluruq.
Azərbaycan sakinləri qanlı terror aktı qurbanlarının xatirəsini yad etmək üçün
Rusiyanın Bakıdakı səfirliyinin binası önünə gül dəstələri düzürlər. Biganə
qalmayanlara və bu ağrını bizimlə paylaşanlara ürəkdən təşəkkür edirik.
Prezidentİlham Əliyevin adından başsağlığı, Xarici İşlər Nazirliyinin, eləcə də
Nazirlər Kabinetinin başsağlığı da verilib”, – o vurğulayıb.
Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk
şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Naməlum
şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın
törədərək hadisə yerindən uzaqlaşıblar. Hadisə zamanı həlak olanların sayı
82-yə çatıb, 183 nəfər yaralanıb.