Buenos-Ayres beynəlxalq hava limanında keçirilmiş xüsusi əməliyyat zamanı rus əsilli argentinalı polis əməkdaşı İvan Bliznyük saxlanılıb.
ÇıxışYolu.Com-ın RBK-ya istinadən verdiyi xəbərə görə, İ.Bliznyük Rusiyanın Argentinadakı səfirliyi vasitəsi ilə kokainin Moskvaya göndərilmə kanalının yaradılmasında əlaqəli olmaqda şübhəli bilinir.
Onunla birlikdə Aleksandr Çikalo adlı şəxs də saxlanılıb.
“Todo Noticias” bildirir ki, 2016-cı ilin dekabrında Rusiyanın Argentinadakı səfirliyində 400 kq-dək kokain aşkarlanıb. Məlumata görə, Rusiyanın Argentinadakı səfiri polisə zəng edərək səfirliyin nəzdində olan məktəbdə narkotik vasitələrin aşkarlandığını bildirib.
Nəşr yazır ki, narkotiklərlə dolu 12 çamadanı binaya iyul ayında səfirliyin sabiq əməkdaşı gətirib.
Məqalədə şübhəlilərdən birinin Almaniya ərazisində gizləndiyi qeyd olunub.
Argentina hüquq-mühafizə orqanlarının əməkdaşları narkotiki un ilə əvəz edib və çamadanlara onların yerini izləməyə imkan verən GPS-qurğusu yerləşdiriblər
Telefon danışıqlarının dinlənilməsi zamanı narkotikin Rusiya və Avropaya göndəriləcəyi müəyyən edilib.
İstintaqın nəticəsi olaraq, Rusiyada üç, Argentinada isə iki nəfər saxlanılıb.
La investigación duró más de un año, tanto en Argentina como en Rusia, y juntos detuvimos a 6 integrantes de esta asociación que pretendían trasladar un cargamento de más de 50 millones de euros. pic.twitter.com/qWIoP3BpW6
— Patricia Bullrich (@PatoBullrich) 22 февраля 2018 г.