97e64bf2-2883-4a53-9b58-2a48916ffafd..jpg

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Baxış sayı: 445 dəfə baxılıb.

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Zəngəzur
vilayətindəki postlarını bağlamağa başlayıblar.

Məlumata görə, onlar 44 günlük müharibədən sonra, 2020-ci ilin dekabrında
vilayətin Gorusla Qafan rayonları arasında yerləşən Çakaten kəndində
məskunlaşıblar.

Bundan əvvəl Ermənistan parlamentinin hakim fraksiyasının rəhbəri Hayk
Konjorian Rusiya sərhədçilərinin Basarkeçər, Zəngəzur, Tovuzqala, Zəngibasar və
Dərələyəz bölgələrindən çıxarıldığını bəyan edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya
sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması iki ölkə
liderlərinin Moskvada keçirilən görüşündə razılaşdırılıb.

Mənbə: Sputnik

Source link