Rusiya Türkiyəyə «Triumf» S-400 zenit-raket sistemləri tədarükünün birinci mərhələsini başa çatdırıb.
“RİA Novosti” xəbər verir ki, bunu Rusiyanın Hərbi-texniki əməkdaşlıq üzrə federal xidməti bildirib.
Əmlakın qalan hissəsinin tədarükü tərəflər arasında razılaşdırılmış təqvimlərə uyğun keçiriləcək.
Qeyd edək ki, bundan əvvəl prezident Rəcəb Tayyib Ərdoğan S-400-lərin yerləşdiriləcəyi mövqelərin müəyyən ediləcəyini demişdi.