Kimyəvi silahların qadağan edilməsi təşkilatının (KSQT) icraiyyə komitəsi Moskva, Pekin və Tehranın “Skripal işi” ilə bağlı yeni araşdırmanın aparılmasına dair təqdim etdiyi müştərək ərizəni rədd edib.
ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Aleksandr Şulqin açıqlama verib.
“Əvvəl britaniyalılar və amerikalılar əleyhinə çıxdı, adınca onlardan ibrət götürən Avropa İttifaqı dövlətləri, NATO üzvləri, həmçinin ABŞ-ın Asiyadakı bəzi müttəfiqləri (əleyhinə) səs verdi.” deyə diplomat xüsusi iclasın yekunları ilə bağlı mətbuat konfransında bildirib.
Şulqin bildirib ki, hər hansı təşəbbüsün qəbul olunması üçün icraiyyə komitəsinə üzv olan dövlətlərin 2/3 hissəsinin dəstəyinə ehtiyac var.
Birgə layihədə, Skripalın zəhərlənməsi ilə bağlı qalmaqal fonunda Rusiyanın ünvanına səsləndirilən ittihamlarla bağlı bütün məsələlərin aydınlaşması üçün Moskva ilə London arasında əməkdaşlığın vacibliyi qeyd olunurdu.