Rusiya sülhməramlı kontingentinin hərbi texnikasının növbəti partiyası
Xocalıdan daşınır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması prosesi davam
edir.
News.az-a daxil olan videogörüntülərə görə, Rusiya sülhməramlı kontingentinin
hərbi texnikasının növbəti partiyası Xocalıdan daşınır.
Xatırladaq ki, ötən ay Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan
Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması
barədə məlumata münasibət bildirib.
Hikmət Hacıyev bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli
Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq
yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən
vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən
qərar qəbul edilib. Artıq proses başlanıb, Azərbaycan və Rusiya Müdafiə
Nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata
keçirirlər.