76649d02-4ef2-41b3-bb84-46be7464261e..jpg

Rusiya sülhməramlıları Qarabağda daha bir müşahidə məntəqəsini bağlayıb – VİDEO

Baxış sayı: 568 dəfə baxılıb.

Rusiya sülhməramlıları Qarabağda daha bir müşahidə məntəqəsini bağlayıb – VİDEO

Azərbaycanın Qarabağ bölgəsinin Əsgəran rayonunda Rusiya sülhməramlılarının
daha bir müşahidə məntəqəsi bağlanıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, 92 ədəd zirehli texnika, 142 ədəd
avtomobil, 124 ədəd hava hücumundan müdafiə texnikası, 112 ədəd səhra
artilleriya silahı, MLRS və minaatan, 1 ədəd pilotsuz uçuş aparatı (PUA), 7 min
ədəddən çox atıcı silah və tank silahları olmaqla, təxminən 66,1 milyon sursat
Rusiya Sülhməramlı Kontingentinə təhvil verilib.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların
bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə
bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni
silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya
Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin
bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə
bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti
5 ilə uzadılır.

Mənbə: Mil.ru


Source link