91fc60a3-3047-4cd0-ae6b-5012b1fa1361..jpg

Rusiya sülhməramlıları Qarabağı tərk edən erməni sakinlərin sonuncu reysini müşayiət ediblər – VİDEO

Baxış sayı: 500 dəfə baxılıb.

Rusiya sülhməramlıları Qarabağı tərk edən erməni sakinlərin sonuncu reysini
müşayiət ediblər – VİDEO

Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana
yola düşən erməni sakinlərin sonuncu reysini müşayiət ediblər.

Bu barədə Rusiya sülhməramlılarının rəsmi saytında məlumat verilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni
sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi
məqsədilə Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin əməkdaşları Qarabağ iqtisadi rayonunda fəaliyyətə başlayıblar.
Dövlət orqanları əməkdaşlarının bölgədə fəaliyyəti Qarabağda yaşayan erməni
sakinlərin yerli cəmiyyətə reinteqrasiyasının daha sürətli həyata
keçirilməsinə, həmçinin sosial-humanitar ehtiyaclarının qarşılanmasında
səmərəliliyin artırılmasına imkan yaradacaq.

Source link