Fevralın 21-də Rusiyanın Suriyadakı “Hmeymim” hava bazasına Rusiyanın SU-57 qırıcısının beşinci nəsil nümunələri olan iki ədəd T-50 təyyarəsi enib.
ÇıxışYolu.Com Rusiya mətbuatına istinadən xəbər verir ki, Suriyaya göndərilən T-50 hərbi təyyarələrinin konkret sayı barədə məlumat yoxdur.
Xatırladaq ki, bundan əvvəl Suriya mənbələri fevralın 21-də “Hmeymim”ə Rusiya Hava-Kosmik qüvvələrinə aid dörd ədəd Su-35C qırıcısının, Tu-154M sərnişin təyyarəsinin, radiolokasiya müşahidə və tuşlama sistemli A-50U təyyarəsinin və dörd ədəd Su-25 döyüş təyyarəsinin endiyini xəbər vermişdi.
Ümumilikdə 2010-2017-ci illər ərzində 10 ədəd T-50 (V nəsil Su-57) təyyarəsi hazırlanıb. Onlardan üçü 2017-ci ildə istehsal edilib. T-50 ilk uçuşunu 24 aprel 2017-ci ildə həyata keçirib.