Rusiya Müdafiə Nazirliyi Suriyada dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə olunduğu iddia olunan Duma şəhərinə aprelin 12-dən etibarən hərbi polis dəstələrinin göndəriləcəyini elan edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Rusiya SQ Baş Qərargahının əməliyyat idarəsinin rəis müavini, general-leytenant Viktor Poznixir bildirib ki, hərbi polis dəstələrinin göndərilməsində məqsəd bölgədə təhlükəsizliyi təmin etmək və dinc əhaliyə yardım göstərməkdir.
Onun sözlərinə görə, Şərqi Quta qəsəbəsinin sakinlərinə artıq həm BMT xətti ilə, həm də Rusiya tərəfindən humanitar yardım göstərilir.