Suriyaya Rusiya istehsalı S-300 zenit raket komplekslərinin yerləşdirilməsi müzakirə olunmur.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “İzvestiya” qəzetinə açıqlamasında Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin deyib.
“Hələlik hər hansı sistemin yerləşdirilməsindən söhbət gedə bilməz. Suriya silahlı qüvvələrində lazım olan hər şey var”, – o bildirib.