Rusiya 2020-ci ildə Tokioda keçiriləcək Olimpiadadan kənarlaşdırıla bilər, belə ki, Moskva Antidopinq laboratoriyası məlumatları Dünya Antidopinq agentliyinə (WADA) təhvil verməzdən əvvəl saxtalaşdırmaqda şübhəli bilinir.
Bu barədə Britaniyanın “The Telegraph” nəşri öz mənbələrinə istinadən məlumat verir.
Nəşrin məlumatına əsasən, WADA hesab edir ki, bu informasiya ilə son 18 ayda manipulyasiya edilib, Rusiya idmançılarının dopinqdən tarixi və sistemli istifadəsi gizlədilməyə çalışılıb.
“Telegraph” bildirir ki, növbəti iki ay ərzində dopinq-sınaqlarla manipulyasiyalarla bağlı yeni sübutların ortaya çıxması gözlənilir. Təqdim olunan məlumatların saxtalaşdırıldığı təsdiq olunarsa, Rusiya idmançıları 2020-ci il Olimpiadasından kənarlaşdırıla bilərlər.