7e2836d8-b092-482a-94d1-31e2c5fff1cc..jpg

“Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Avropa başa düşdü ki, ən etibarlı tərəfdaş Azərbaycandır” – RƏY

Baxış sayı: 907 dəfə baxılıb.

“Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Avropa başa düşdü ki, ən etibarlı
tərəfdaş Azərbaycandır” – RƏY

“Almaniya-Azərbaycan iqtisadi əlaqələri son illər artan xətt üzrə inkişaf
edib. Azərbaycan Avropanın, xüsusilə Almaniyanın enerji təchizatçıları
sırasında öz yerini tutub. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Avropa
dövlətləri başa düşdülər ki, hazırda onlar üçün enerji təchizatı ilə bağlı ən
etibarlı tərəfdaş Azərbaycandır”.

Bunu “Report”un Avropa bürosuna açıqlamasında Almaniyada yaşayan iqtisadçı
ekspert Samirə Vəliyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya Prezidenti
Frank Valter Ştaynmayer, kansler Olaf Şoltsun görüşü, eləcə də mətbuata
verdikləri birgə açıqlamalar onu deməyə əsas verir ki, Azərbaycan “Avropanın
iqtisadi lokomotivi” sayılan Almaniyanın tərəfdaşları içərisində öz yerini bir
pillə artırıb:

“İki ölkə arasında xüsusilə enerji və xammal sənayesində sıx əməkdaşlıq
mövcuddur. Məsələn, alman şirkətləri Azərbaycanda neft və qaz yataqlarının
işlənməsində iştirak edirlər. Məlum görüşdə alman şirkətlərinin Azərbaycanda
alternativ enerji istehsalına cəlb edilməsi də müzakirə olundu. Alman
şirkətlərinin Azərbaycanda maşınqayırma, avtomobil sənayesi, ətraf mühit və
enerji texnologiyaları sahələrində də yaxşı biznes imkanları var. Bundan
əvvəlki illərdə keçirilən Almaniya-Azərbaycan İqtisadi Forumlarında hər iki
ölkə münasibətləri dərinləşdirmək və əməkdaşlıq üçün yeni imkanlar açmaq
niyyətlərini açıq şəkildə ifadə edib və bunu əməli olaraq sübut ediblər.
Azərbaycan hökuməti maraqlıdır ki, daha çox alman investorları ölkəyə cəlb
etsin. Elə Prezident İlham Əliyev də Olaf Şolts ilə görüşündə bu məsələyə
diqqət çəkdi”.

S.Vəliyeva bildirib ki, bununla belə, Almaniya və Azərbaycan şirkətləri
arasında əməkdaşlıqda bəzi çətinliklər də var. İxtisaslı mütəxəssislərin
olmaması və bürokratiyanın bir çox şirkətlər üçün maneə olduğunu vurğulayan
ekspert Azərbaycan hökumətinin bu istiqamətdə öz üzərinə düşən işləri tez bir
zamanda yerinə yetirəcəyindən əmin olduğunu ifadə edib.

Source link