56ab949b-6d8d-4081-86dd-4e8882b694d3..jpg

Rusiya-Ukrayna müharibəsində “F-16” amili – TƏHLİL

Baxış sayı: 674 dəfə baxılıb.

Rusiya-Ukrayna müharibəsində “F-16” amili – TƏHLİL

Dünyanın supergücü olan ABŞ-nin icazəsi ilə Danimarka və Niderland Ukraynaya
“F-16” qırıcı təyyarələrini verəcəklər.

“F-16”ların Ukraynanın arsenalına təqdim olunması:

– Ukraynalı pilotların və yerüstü ekipajlarının təlimi başa vurması,

– Həmin döyüş təyyarələrinin təmirini aparmaq üçün texniki xidmət
müəssisələrinin yaradılması ilə düz mütənasibdir.

Bu vaxt qrafiki bir az Ukraynanın əleyhinə işləyir, çünki Kiyevə elə günü bu
gün “F-16”lar lazımdır.

Üstəgəl, Niderlandla Danimarkanın Ukraynaya göndərə biləcəkləri “F-16”ların
ümumi sayı da dəqiq bilinmir. Bu, hər iki ölkənin balanslarındakı neçə döyüş
təyyarəsinin işlək vəziyyətdə olmasından və Ukraynaya verilənlərin əvəzində
ABŞ-dən neçə “F-35” qırıcısını almasından asılı olacaq.

Danimarka bildirir ki, Ukraynaya ümumilikdə 19 döyüş təyyarəsi tədarük
ediləcək. Belə ki, onun ilk altısı ilin sonunda, səkkizi 2024-cü ildə, beşi isə
2025-ci ildə Ukraynaya təhvil veriləcək.

Niderlanda gəlincə, balansında olan 42 ədəd “F-16” təyyarəsinin neçəsini
Ukraynaya hədiyyə edəcəyi barədə bir qərara gəlməyib.

Göründüyü kimi, Ukrayna üçün hələ qət ediləsi məsafələr var, ancaq Kiyev üçün
xeyirlisi olan budur ki, “F-16”ların tədarükü barədəki razılığı əks-hücum
əməliyyatlarının getdiyi zamanda aldı.

Bu, əhəmiyyətli bir nəticədir, hərçənd, tədarük məsələsinin partiya-partiya
gerçəkləşməsi Rusiyanın işğal kampaniyasının davam etməsinə şərait yaradır.

Rusiyanın qorxuları da az deyil, Moskva ehtiyat edir ki, Ukrayna “F-16”lara
yiyələnsə, hava sahəsində böyük imkanlar qazanacaq və müharibədə hərbi-taktiki
üstünlüklər əldə edəcək.

Moskvanın qazandığı yeganə şey vaxtdır, bu, Rusiyanın cəbhə xəttindəki müdafiə
istehkamlarını sabit saxlamağa stimul verir.

Lakin “F-16”lar Ukraynaya verilsə, bu, rəsmi Kiyevin əks-hücum əməliyyatlarına
möhkəm kömək edəcək, o mənada ki, Ukraynanın müharibə itkiləri kompensasiya
ediləcək.

Bununla belə, nəzərə almaq lazımdır ki, Rusiyanın hava hücumundan müdafiə
sistemlərinin radarı “F-16”ların trayektoriyasını tutub onları vura bilər.

Ancaq hələ də sual olunur: Rusiyanın radar sistemləri “F-16”lar önündə real
döyüş şəraitində duruş gətirə biləcəkmi? Bilinmir, ümumiyyətlə Ukraynaya
veriləcək “F-16”ların sazlığı da qeyd olunan suallardan biridir.

Hər halda nəzəri və praktiki olaraq işartılar var ki, “F-16”ların Ukraynaya
təhvil verilməsi Rusiyaya qarşı əks-hücum əməliyyatlarına fayda gətirəcək.

Bu faydaların müharibənin gedişatında Ukraynanın xeyrinə hərbi-strateji
üstünlüklər təmin edəcəyi barədə də mütləq bir fikir söyləmək çətindir.

Aqşin Kərimov

Source link