cdeec089-5674-4b9a-b697-4644faad693a..jpg

Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçdi – VİDEO

Baxış sayı: 869 dəfə baxılıb.

Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçdi – VİDEO

Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir.

Cixisyolu.com xatırladır ki, ötən il başlayan müharibə 2014-cü ildən davam edən
Rusiya-Ukrayna münaqişəsinin aktiv fazasıdır.

Bildirək ki, Rusiya Prezidenti 2022-ci ilin 22 fevralında Donetsk və Luqanskın
müstəqilliyini tanıdığını bəyan edib.

Bundan sonra, 24 fevralda Rusiya Ukraynaya hərbi müdaxilə etməyə başlayıb.
Rusiya Prezidenti bunu “xüsusi hərbi əməliyyat” adı altında rəsmiləşdirib.

Rusiya Belarus ərazisindən də istifadə etməklə Kiyevə hücuma başlayıb, lakin
bir müddətdən sonra hərbi uğursuzluqlara düçar olub.

Rusiya Kiyev, Sum, Çerniqovu işğal etsə də, orada möhkəmlənə bilməyib və
qoşunlarını bu regionlardan geri çəkib.

Rusiyanın bu taktiki məğlubiyyətləri sonrakı etaplarda da davam edib. Lakin
Rusiya Ukraynanın dörd vilayətini – Donetsk, Luqansk, Xerson və Zaporejye
vilayətlərini özünə birləşdirdiyini elan edib.

Bununla belə ilhaq edilən ərazilərin dəqiq bir xəritəsi yoxdur və həmin
ərazilərdə müharibə davam etməkdədir.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan bəri Baku TV və “Report”
informasiya agentliyi münaqişə zonasından xüsusi reportajlar hazırlayır, hadisə
yerindən ən operativ və doğru xəbərləri oxucularına çatdırır.


Source link