7f068c6e-7e2f-4cab-bb4c-1ffeae82d712..jpg

Rusiya-Ukrayna müharibəsinin tükürpərdici həqiqətləri – VİDEO

Baxış sayı: 840 dəfə baxılıb.

Rusiya-Ukrayna müharibəsinin tükürpərdici həqiqətləri – VİDEO

Fevralın 24-ü səhər saatlarından eşidilən partlayış səsləri Ukraynada böyük
təşvişə səbəb olmuşdu. İkinci Dünya müharibəsindən sonra bu halla rastlaşmayan
Şərqi Avropanın turistik şəhərləri bir anın içində irimiqyaslı müharibə
meydanına çevrildi. Şəhərlərə Rusiya diversiya qruplarının hücumları səngimirdi.

Rusiya hərbçiləri Kiyev şəhərinin mərkəzindən cəmi 28 kilometrliyində yerləşən
İrpen şəhərinə də daxil olmuşdular və onların qarşısı da məhz orada alındı.

Baku TV-nin Ukraynadakı əməkdaşı həmin vaxt Rusiya hərbçilərinin şəhərə daxil
olmalarının və küçə döyüşlərinin bir qisminin özəl görüntülərini əldə edib.

Ukrayna uğrunda döyüşənlər arasında soydaşlarımız da az deyil. Onlardan biri
30 ildir İrpendə yaşayan Firdovski Xankişiyevdir.

Həmyerlimizin sözlərinə görə, Rusiya Ordusu İrpendəki döyüşlərdə öz
yaralılarını, meyitlərini, silahlarını da atıb qaçırdılar.

Ətraflı süjetdə:


Source link