“Rusiya sərhədçiləri Azov dənizində 150-dək Ukrayna gəmisini saxlayıblar”.
ÇıxışYolu.Com-ın məlumatına görə, bunu “112 Ukrayna” telekanalının efirində Ukrayna Sərhəd Xidmətinin mətbuat katibi Oleq Slobodyan bəyan edib.
O bildirib ki, sözügedən gəmilər Ukrayna limanlarına doğru gedərkən Kerç körfəzində saxlanılıb.
Azov dənizində vəziyyət mart ayında gərginləşib. Buna səbəb ukraynalı sərhədçilərin Rusiyanın “Nord” gəmisini saxlaması olub. Gəminin kapitanı həbs olunsa da, sonradan sərbəst buraxılıb.