Rusiya Ukraynaya qarşı “qış əməliyyatı”na başladı?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qərb hesab edir ki, Rusiyanın ötən gecə Ukraynanı kütləvi şəkildə atəşə
tutması “qış zərbələri kampaniyası”nın başlanğıcıdır.
Bu barədə “Sky News” nəşrinə adının açıqlanmasını istəməyən Qərb rəsmisi deyib.
“Son bir neçə həftə ərzində biz Rusiyanın Ukraynanın kritik əhəmiyyətli enerji
infrastrukturuna qarşı koordinasiya olunmuş “qış zərbələri kampaniyası”na
başlaya biləcəyi ehtimalını vurğulamışıq. Qiymətləndirmələrimizə görə, ötən
gecə Rusiya, ehtimal ki, bu istiqamətdə hərəkətə keçməyə cəhd edib”, – deyə
mənbə bildirib.
O xatırladıb ki, Ukrayna ərazisinə zərbələr Tu-95 bombardmançıları vasitəsilə
həyata keçirilib ki, bunlar faktiki olaraq son bir neçə ay ərzində istifadə
olunmayıb.
“Eyni zamanda rusiyalılar yüksəkdəqiqlikli raketlərdən istifadə ediblər”, –
deyə mənbə qeyd edib.
Nəşrin həmsöhbəti həmçinin vurğulayıb ki, kəşfiyyat nöqteyi-nəzərindən, bu
raket hücumu rusiyalılar tərəfindən mütəmadi olaraq həyata keçirilən dron
hücumları ilə koordinasiya edilməyib.
Xatırladaq ki, dekabrın 8-i gecə saatlarında Rusiya bir neçə aydan sonra ilk
dəfə olaraq Ukraynaya kütləvi raket hücumu həyata keçirib.