Rusiya və ABŞ Suriya böhranının həlli üçün birləşəcəklər

Baxış sayı: 2. 346 dəfə baxılıb.

Rusiya və ABŞ Suriya böhranının həlli üçün birləşəcəklər

Rusiya və ABŞ Suriyadakı humanitar böhranın həllini üzərlərinə götürə bilərdilər.

ÇıxışYolu.Com “RİA Novosti”yə istinadla xəbər verir ki, belə bir bəyanatla Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla danışıqlarının nəticələrini şərh edərkən deyib.

“Suriyaya gəldikdə, bu ölkədə sülhün və əminamanlığın bərpası birgə fəaliyyətin uğurlu nümunəsi ola bilərdi.

Rusiya və ABŞ bu məsələdə liderliyi həyata keçirə və humanitar böhranın aradan qaldırılmasının təşkilinə, qaçqınların doğma yerlərə dönmələrinə yardım edə bilərdilər”, – Putin deyib.

www.ÇıxışYolu.Com