Rusiya və Ermənistan genişmiqyaslı təlimlərə başladı

Baxış sayı: 3. 521 dəfə baxılıb.

Rusiya və Ermənistan genişmiqyaslı təlimlərə başladı

Ermənistanın Baqramyan poliqonunda Rusiyanın bu ölkədəki və Ermənistan silahlı qüvvələrinin batalyon taktiki qruplarının iştirakı ilə ikitərəfli batalyon taktiki təlimlərinə start verilib.

ÇıxışYolu.Com TASS agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev məlumat verib. 

“Xalqlararası təlimlər zamanı motoatıcı bölmələrin komandirləri artilleriya, tank, kəşfiyyat, mühəndis, aviasiya və rabitə bölmələri ilə birlikdə şərti düşmənin axtarışı, mühasirəyə alınması və məhv edilməsi üzrə tapşırıqları yerinə yetirəcək”.

Təlimlərə iki ölkənin 1000-dən çox hərbçisi, təxminən 200 ədəd xüsusi hərbi texnika cəlb edilib.

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.