Rusiya və İran prezidentləri Türkiyəyə səfər edəcəklər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyə hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin fevralın 12-də, İran
prezidenti İbrahim Rəisinin isə yanvarın 24-də respublikaya səfər edə
biləcəyini gözləyir.
Hərçənd, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə
bildirib ki, Putinin Türkiyə və KXDR-ə səfərlərinin dəqiq tarixləri hələ
müəyyən edilməyib və diplomatik kanallar vasitəsilə razılaşdırılır.
Rəisinin iki dəfə təxirə salınan səfəri isə Türkiyə-İran Yüksək Səviyyəli
Əməkdaşlıq Şurasının iclasına təsadüf edəcək. Onun nəticələrinə əsasən 10-a
yaxın saziş və memorandumun imzalanması gözlənilir. Bundan əlavə, terrorla
mübarizə mövzusu və Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq.
Mənbə: turkiyegazetesi