Rusiya Müdafiə Nazirliyi ölkə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparottinin Bakıda keçirilən görüşü barədə məlumat yayıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Gerasimov və Skaparotti NATO və Rusiyanın Avropa regionunda hərbi fəaliyyətini, etimad tədbirlərinin artırılmasını və insidentlərin qarşısının alınmasını müzakirə ediblər.
Suriyadakı vəziyyət barədə fikir mübadiləsi aparılıb, beynəlxalq terrorçuluğa qarşı mübarizədə əməkdaşlığın vacibliyi qeyd olunub.
12:59
Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov NATO-nun Avropadakı Silahlı Qüvvələrinin ali komandanı, ordu generalı Körtis Skaparroti ilə görüşmək üçün Bakıya gəlib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, tərəflər NATO və Rusiyanın Avropadakı hərbi fəaliyyətini, eləcə də, Suriyadakı vəziyyəti müzakirə edəcəklər.
“Rəsmi səfər zamanı V.Gerasimovu Azərbaycan prezidenti İlham Əliyev qəbul edəcək”, – məlumatda deyilir.