Rusiya və Tacikistan birgə hərbi təlimlərə başladı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Tacikistanın Xatlon vilayətində Rusiya və yerli silahlı qüvvələrinin birgə
ikitərəfli təlimi başlayıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, təlimlərin açılışı “Harb Maydon” poliqonunda başlayıb.
Məlumata görə, Rusiya hərbi kontingentinin əsasını 201-ci Rusiya hərbi
bazasının dağ, motoatıcı, tank, artilleriya, kəşfiyyat bölmələri, həmçinin hava
qruplarının ekipajları təşkil edir.
İnformasiyaya əsasən, manevrlər zamanı iştirakçılar terrorçuların məhv
edilməsi, eləcə də silahlı birləşmələrin hücumu zamanı sərhədin qorunması ilə
bağlı tapşırıqları yerinə yetirəcəklər.
Təlimlər dağlıq ərazilərdə keçiriləcək və aprelin 18-dək davam edəcək.
Mənbə: Sputnik