2206278b-8b8c-4e0b-b441-ad71b73c2b83..jpg

Rusiya və Türkiyə arasında Ermənistan-Azərbaycan normallaşmasına dair məsləhətləşmələr aparılıb

Baxış sayı: 634 dəfə baxılıb.

Rusiya və Türkiyə arasında Ermənistan-Azərbaycan normallaşmasına dair
məsləhətləşmələr aparılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Ankarada
türkiyəli həmkarı Burak Akçapar ilə Ukraynadakı münaqişənin diplomatik həlli və
Cənubi Qafqazdakı vəziyyət mövzularında məsləhətləşmələr aparıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ukrayna böhranı mövzusu, o cümlədən onun siyasi və diplomatik yolla həlli
perspektivləri müzakirə edilib. Tərəflər Cənubi Qafqazdakı vəziyyət ilə bağlı
fikirlərini bölüşüblər. Onlar Azərbaycan-Ermənistan münasibətlərinin
normallaşdırılması prosesinin vacibliyini vurğulayıb və buna ilk növbədə
regional formatlar çərçivəsində kömək edilə biləcəyini qeyd ediblər”, –
məlumatda deyilir.

Mənbə: TASS

Source link