Rusiya və Türkiyə viza rejiminin sadələşdirilməsini müzakirə edəcəklər

Baxış sayı: 1. 900 dəfə baxılıb.

Rusiya və Türkiyə viza rejiminin sadələşdirilməsini müzakirə edəcəklər

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə iki ölkə arasında səyahət rejimlərinin sadələşdirilməsi perspektivləri ilə bağlı müzakirə etməyi planlaşdırır.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi saytına məlumat yerləşdirilib.

Lavrov bildirib ki, iki ölkə vətəndaşlarının səyahət şərtlərinin sadələşdirilməsinin müzakirəsi planlaşdırlır:

“Türk vətəndaşlarının müəyyən kateqoriyalarına viza rejiminin liberallaşdırılmasına hazırlaşırıq.

Rusiya tərəfi eyni zamanda beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə iki ölkənin müvafiq qurumlarının qarşılıqlı fəaliyyətinin effektivliyinin artırılacağına ümid edir”.

www.ÇıxışYolu.Com