Futbol üzrə dünya çempionatında “A” və “B” qruplarında keçirilən son turdan sonra 1/8 final mərhələsində üz-üz gələcək komandalar məlum olub.
ÇıxışYolu.Com xəbər verir ki, “B” qrupunu beş xalla birinci yerdə (top fərqinə görə) tamamlayan İspaniya millisi böyük hesablı məğlubiyyətə düçar olmuş bununla belə qrupdan çıxmış Rusiya yığması ilə qüvvəsini sınayacaq.
“A” qrupunun lideri Uruqvay isə, “B” qrupunda ikinci yeri tutmuş Portuqaliya komandası ilə münasibətlərinə aydınlıq gətirəcək.
Matçlar 30 iyun, 1 iyul tarixlərində keçiriləcək.