b3e87b8e-c085-47ad-9d38-4193029b5b70..jpg

Rusiya vətəndaşı azyaşlı ögey oğlundan cinayət törətmək üçün istifadə etdi

Baxış sayı: 426 dəfə baxılıb.

Rusiya vətəndaşı azyaşlı ögey oğlundan cinayət törətmək üçün istifadə etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Vorkuta şəhərində 88 yaşlı təqaüdçünün qətlində şübhəli bilinən 36
yaşlı kişi saxlanılıb.

Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Komi Respublikası üzrə
İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.

İstintaqın məlumatına görə, cinayətkar yaşlı qadının pulunu oğurlamaq qərarına
gəlib. Bunun üçün o, azyaşlı ögey oğlundan istifadə edərək pensiyaçının
mənzilinə girib.

O, təqaüdçünün sinəsinə bıçaqla xəsarət yetirib, sonra onun mənzilində axtarış
apararaq tapdığı bütün pulları oğurlayıb.

Zərərçəkmiş aldığı xəsarətdən yerindəcə keçinib.

Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qatilin şəxsiyyəti müəyyən
edilib.

Hücum edən şəxs polis əməkdaşları tərəfindən yaşadığı ünvanda saxlanılıb.

Faktla bağlı qətl maddəsi ilə cinayət işi açılıb.

Mənbə: Ren.TV

Source link