Rusiya vətəndaşı hərbi-kosmik məlumatları satarkən tutuldu

Baxış sayı: 1. 567 dəfə baxılıb.

Rusiya vətəndaşı hərbi-kosmik məlumatları satarkən tutuldu

Rusiyanın İjevsk şəhər sakini hərbi-kosmik sahə ilə bağlı məxfi məlumatları ötürmək üçün xarici diplomatik nümayəndəliklə əlaqə yaratmağa çalışıb.

TASS-ın məlumatına görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Mətbuat Xidmətindən bildirilib.

“Rusiya Federasiyası Udmurt Respublikasında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları, hərbi-kosmik sahə ilə bağlı məxfi məlumatları ödəniş müqabilində ötürmək üçün xarici diplomatik nümayəndəliklə əlaqə qurmaq təşəbbüsü ilə çıxış edən İjevsk şəhər sakininin şəxsiyyətini müəyyənləşdirib”, – deyə məlumatda bildirilir.