Rusiya XİN ABŞ-a xəbərdarlıq etdi

Baxış sayı: 2. 092 dəfə baxılıb.

Rusiya XİN ABŞ-a xəbərdarlıq etdi

Rusiya XİN ABŞ-ı ballistik raketlərin zərərsizləşdirilməsi məqsədi ilə kosmik vasitələr eşelonu yaratmaqdan çəkinməyə çağırıb.

ÇıxışYolu.Com-ın verdiyi xəbərə görə, məlumat qurumun saytında yerləşdirilib.

XİN xəbərdarlıq edib ki, kosmosda aparılan silahlı qarşıdurma heç də nüvə silahlarının törətdiyindən az təhlükə kəsb etmir.   

Bildirilib ki, bu kimi addımlar Rusiya ilə ABŞ arasında strateji sabitliyin yaranmasına xidmət göstərməyəcək.

Daha öncə ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Pentaqona təşkil edilməsini tapşırdığı hərbi-kosmik qüvvələr “hərbi zərurətdir”.

www.ÇıxışYolu.Com