3f24cefa-100b-4754-8d0a-cd7542e5c451..jpg

Rusiya XİN AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri ilə bağlı qərarını tənqid etdi

Baxış sayı: 696 dəfə baxılıb.

Rusiya XİN AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri ilə bağlı
qərarını tənqid etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dünya Avropa Şurasında baş verənlərə ədalətli qiymət verməlidir”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
brifinqdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin fəaliyyətinin
dayandırılması qərarını jurnalistlərə şərh edərkən bildirib.

“AŞPA-nın gördüyü hər bir iş tamamilə siyasiləşib. Təəssüf ki, təkcə bu
təşkilatda deyil, həm də ona qonşu təşkilatlarda, məsələn, ATƏT-də. Avropa
Şurasında baş verənlərə adekvat qiymət verilməsinə hamımızın ehtiyacı var”, –
deyə o bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb ki, AŞPA bəzi
dövlətlərə qarşı dözümsüzlük, təkəbbür və neokolonial şovinizm nümayiş etdirir.

Xatırladaq ki, yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament
Assambleyasındakı (AŞPA) nümayəndə heyəti iclasda bəyanatla çıxış edərək,
növbəti bildirişə qədər AŞPA-da qarşılıqlı fəaliyyətini və mövcudluğunu
qeyri-müəyyən müddətədayandırmaq qərarını elan
edib.

Source link