3ac4ea6b-bf52-413b-abbc-5b1458c5a807..jpg

Rusiya XİN: “Azərbaycan hərbçiləri ilə bağlı araşdırma beynəlxalq standartlara uyğun aparılmalıdır”

Baxış sayı: 727 dəfə baxılıb.

Rusiya XİN: “Azərbaycan hərbçiləri ilə bağlı araşdırma beynəlxalq standartlara
uyğun aparılmalıdır”

Azaraq Ermənistan ərazisinə keçən və əsir götürülən iki Azərbaycan hərbçisi –
Aqşin Bəbirov və Hüseyn Axundov barəsində araşdırma ədalətli olmalı və
beynəlxalq hüquq normalarına uyğun aparılmalıdır.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin
(XİN) İnformasiya və Mətbuat Departamentindən bildirilib.

Rusiya XİN-dən bildirilib ki, Ermənistanda iki azərbaycanlı hərbçinin
saxlanılmasından xəbərdardırlar:

“Ümid edirik ki, Ermənistanın səlahiyyətli orqanları bu işlə bağlı tez bir
zamanda ədalətli araşdırma aparacaqlar. Biz o qənaətdəyik ki, Ermənistanda
saxlanılan şəxslərə münasibət beynəlxalq hüquq normalarına uyğun olacaq”.

Qeyd edilib ki, Rusiya 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci
il, həmçinin 31 oktyabr 2022-ci il tarixli, ən yüksək səviyyədə imzalanmış
üçtərəfli bəyanatlar əsasında Bakı ilə İrəvan arasında münasibətlərin
normallaşdırılması üçün səylərini davam etdirir.

Source link