Rusiya XİN Ermənistan-Azərbaycan nizamlanması üzrə üçtərəfli işin bərpasına
çağırıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin və
Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyan Ermənistan-Azərbaycan
münasibətlərinin normallaşması məsələsini müzakirə ediblər.
Nazir müavini nizamlanma üzrə üçtərəfli işin tez bir zamanda bərpa olunmasının
vacibliyini vurğulayıb.
“Söhbət zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması
prosesindəki vəziyyət ətraflı müzakirə edilib. Qaluzin Rusiya, Azərbaycan və
Ermənistan liderləri arasında imzalanmış sazişlər toplusu əsasında bu sahədə
üçtərəfli işin tezliklə bərpasının təcili zəruriliyini vurğulayıb”, – görüşün
yekunları ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan
xəbərdə deyilir.
Bildirilir ki, görüş Ermənistan səfirinin xahişi ilə baş tutub.