51673eb4-3098-461e-b19e-07b27f779c0b.webp

Rusiya XİN: “Əsas vəzifə həm Bakı, həm də İrəvanı qane edəcək həllər tapmaqdır”

Baxış sayı: 284 dəfə baxılıb.

“Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası yalnız Rusiyanın
iştirakı ilə mümkündür”.

Cixisyolu.com-ın məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya
Zaxarova News.ru-nun sualını cavablandırarkən brifinqdə bildirib.

Onun sözlərinə görə, baş nazir müavinləri səviyyəsində profil işçi
komissiyasının əsas vəzifəsi həm Bakı, həm də İrəvanı qane edəcək həllər
tapmaqdır.

“Komissiyanın əsas vəzifəsi həm Bakı, həm də İrəvanı qane edəcək qarşılıqlı
məqbul nəticələr və həllər tapmaqdır. Biz bütün bu müddət ərzində bu
istiqamətdə fəal işləmişik. Tərəfdaşlarımıza hərtərəfli dəstək verməyə hazırıq.
Kommunikasiyaların bərpasından bütün region faydalanacaq. Eyni zamanda, Cənubi
Qafqazda iqtisadi və nəqliyyat dəhlizlərinin açılması yalnız Rusiyanın iştirakı
ilə mümkündür. Bu istiqamətdə işləyirik”, – deyə M.Zaxarova bildirib.

Rusiya XİN: “Əsas vəzifə həm Bakı, həm də İrəvanı qane
edəcək həllər tapmaqdır”
Rusiya XİN: “Əsas vəzifə həm Bakı, həm də İrəvanı qane edəcək həllər tapmaqdır”

Source link