b5e3cb1e-b9a3-414e-9d7c-65d0bf414665..jpg

Rusiya XİN Finlandiyaya xəbərdarlıq etdi

Baxış sayı: 826 dəfə baxılıb.

Rusiya XİN Finlandiyaya xəbərdarlıq etdi

Rusiya Xarici İşlər Nazirliyi Finlandiyaya xəbərdarlıq edib.

Nazirlik ölkədəki Rusiya daşınmaz əmlakına qoyulan qadağaya cavab olaraq
müəyyən tədbirlərin görülə biləcəyi ilə hədələyib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, aprelin ortalarında Finlandiyanın məhkəmə icraçıları xidməti
Rusiya Elm və Mədəniyyət Mərkəzinin idarəçiliyində olan torpaq sahəsi
üzərindəki xidməti binaya, habelə Helsinkidə bir neçə mənzilə müvəqqəti həbs
qoyub. Bununla bağlı verilən açıqlamada bildirilib ki, müvafiq qərar həmin
obyektlərin sanksiyalar çərçivəsində həbs edilməsi zəruri olan aktivlər
siyahısında olub-olmamasının öyrənilməsi məqsədilə verilib.

Rusiya səfirliyi Finlandiya Xarici İşlər Nazirliyinə nota göndərdikdən sonra
torpaq sahəsinə və onun üzərində yerləşən binaya qoyulan qadağa aradan
qaldırılıb. Lakin Rusiya tərəfinə mənzillərlə bağlı hər hansı izahat
verilməyib. “Mövcud vəziyyətin yoluna qoyulması ilə bağlı təklifdən imtina
edilərsə, Rusiya tərəfi cavab tədbirləri görməyə məcbur olacaq”, – deyə Rusiya
XİN xəbərdarlıq edib.

Mənbə: Lenta.ru

Source link