“İqlim gündəliyi son onilliklər ərzində siyasiləşdirilir”.
“Report” xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi
nümayəndəsi Mariya Zaxarova MDB Xarici İşlər Nazirləri Şurasının iclasının
kuluarlarında deyib.
O qeyd edib ki, iqlim mövzusu güclü manipulyasiya alətinə çevrilib.
“Biz görürük ki, son illərdə və hətta onilliklərdə iqlim gündəliyi sadəcə
olaraq siyasiləşdirilir. İqlim çox vaxt açıq-aşkar yalanlarla manipulyasiya
meydanına çevrilir. Mövqeləri bəzən bir-birinə tamamilə zidd olan ölkələrin
iqlim arenasında çıxış etməsi təəccüb doğurur. Onlar gah sənədləri imzalamağa
çağırır, gah onlardan imtina edir, gah da yenidən qayıdaraq hamını öz
arxalarınca çağırırlar”, – M.Zaxarova vurğulayıb.