3adc5f52-3ada-4daa-a464-d246e87fd994..jpg

Rusiya XİN Laçın yolundakı son vəziyyətə münasibət bildirib

Baxış sayı: 1. 003 dəfə baxılıb.

Rusiya XİN Laçın yolundakı son vəziyyətə münasibət bildirib

“Bu il oktyabrın 31-də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi
zirvə görüşündə qeyd edildiyi kimi ərazidə təhlükəsizliyin təmin edilməsinə
əsas töhfəni Rusiya sülhməramlıları verir”.

“Report”un xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya
Zaxarova Azərbaycan-Ermənistan münasibətləri və sülhməramlılarla bağlı sualı
şərh edərkən bildirib.

O, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına
qarşı istənilən açıq hücum və təxribatı qəbuledilməz, Ermənistan-Azərbaycan
münasibətlərinin normallaşması prosesinə ciddi ziyan vuran məqsədyönlü
hərəkətlər hesab etdiklərini vurğulayıb.

“Biz Bakı və İrəvanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr
2020-ci il tarixli bəyanatın bütün müddəalarına ciddi əməl etməyə çağırırıq”, –
M.Zaxarova deyib.

O, Laçın yolundan yalnız bu sənəddə göstərilən məqsədlər üçün istifadə
olunmasının vacibliyini qeyd edib.

Source link