“Nüvə dövlətinə heç kim 24 saatlıq ultimatum irəli sürə bilməz”
ÇıxışYolu.Com “TASS”a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın XİN-nin sözçüsü Mariya Zaxarova “Rossiya 1” telekanalında yayımlanan “60 minut” verlişinin efirində səsləndirib.
“Prezidentin dediklərindən sonra, heç bir adam ölkəsinin parlamentinə çıxıb, mən Rusiyaya 24 saat verirəm deyə bilməz. Söhbət nüvə dövlətinin paytaxtı Londondan gedir. Rusiya Federasiyasını qorxutmaq lazım deyil” deyə XİN-in rəsmi nümayəndəsi bildirib.
Nazirliyin nümayəndəsinin sözlərinə görə, Britaniya baş naziri Tereza Meyin əlində keçmiş kəşfiyyat polkovniki Serqey Skripalın zəhərlənməsi ilə bağlı real faktlar yoxdur.
“Heç kim heç nə bilmir, Tereza Meyin də əlində heç bir real fakt yoxdur.” deyə Zaxarova bildirib.
Xatırladaq ki, ötən gün Britaniya hökumətinin başçısı rəsmi Moskvaya 24 saatlıq ultimatum göndərib. London Kremldən Serqey Skripal və onun qızının Rusiyada istehsal olunmuş sinir iflic edən qazla zəhərlənməsi məsələsinə rəsmi münasibət bildirməsini tələb edir.
Cavab Londonu qane etməsə, Rusiyaya qarşı yeni sanskiyaların qəbul olunacağı gözlənilir.