9f830d58-0882-4083-945a-8beb87c9ec72..jpg

Rusiya XİN: “Qərb Ermənistanı Rusiyaya qarşı alətə çevirmək istəyir”

Baxış sayı: 561 dəfə baxılıb.

Rusiya XİN: “Qərb Ermənistanı Rusiyaya qarşı alətə çevirmək istəyir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qərb Ermənistanı Rusiyaya qarşı alətə çevirmək istəyir”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hippinin
sözləri bunu təsdiq edir:

“Londonun postsovet məkanında, o cümlədən Cənubi Qafqazda atdığı bütün
addımların anti-Rusiya mahiyyətini gizlətməkdən əl çəkməsi bizi artıq
təəccübləndirmir. Lakin Hippinin etirafı Qərbin Ermənistanı Moskvaya qarşı
yönəlmiş xəttin alətinə çevirmək istəyinin birbaşa təsdiqidir”.

Xatırladaq ki, C.Hippi bildirib ki, London “Rusiyadan gələn təhlükələr”
qarşısında Ermənistanı dəstəkləməyə hazırdır və bütün məsələ Paşinyanın
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını
dondurmaq istəyindədir. O, İrəvanın bu qərarını “Ermənistanın suveren hüququ”
kimi qiymətləndirib.

Mənbə: TASS

Source link