Rusiya XİN Qərbin seçkilərlə bağlı qərəzli mövqeyini pislədi

Rusiya XİN Qərbin seçkilərlə bağlı qərəzli mövqeyini pislədi

Baxış sayı: 1. 848 dəfə baxılıb.

Qərbdən olan bəzi siyasi qüvvələr Azərbaycanda keçirilən seçkilərlə bağlı  hələ seçkilər keçirilməzdən qabaq  mənfi rəy ifadə edib.

ÇıxışYolu.Com xəbər verir ki, bunu  Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə  bildirib.

“Bu faktdır. Onların hamısının öz fikrini ifadə etmək hüququ var. Lakin biz yaxşı başa düşürdük və deyirdik ki, Qərbdən olan bəzi siyasi qüvvələr Azərbaycanda keçirilən seçkilərlə bağlı  hələ seçkilərdən əvvəl mənfi rəy formalaşdırıb. Biz, seçkilərlə bağlı belə münasibəti, qərəzli və öncədən hazırlanmış yanaşmanı Qərbdəki qeyri-hökumət təşkilatlarının simasında təkcə Azərbaycana deyil, bir sıra ölkələrə münasibətdə də müşahidə edirik”, – rəsmi bildirib.

www.ÇıxışYolu.Com