Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ
konqresmenlərinin Bakıda saxlanılan Qarabağ separatçılarının azad edilməsi
çağırışına münasibət bildirib.
Cixisyolu.com xəbər verir ki, Baku TV müxbirinin sualını cavablandıran rusiyalı
diplomat ənənəvi brifinq zamanı konqresmenlərin beynəlxalq lobbiçilik üçün pul
aldıqlarını xatırladıb.
“Mən başa düşürəm ki, amerikalı konqresmenlər beynəlxalq lobbiçilikləri üçün
pul alırlar və bunu gizlətmirlər. Amma mənə elə gəlir ki, onların kifayət qədər
digər işləri də var”, – deyə Zaxarova qeyd edib.
çağırışlarını şərh etdi
Rusiya XİN Qarabağ separatçılarının azadlığa buraxılması çağırışlarını şərh
etdi