af34bade-1301-42f3-8434-7de40e3e00d5..jpg

Rusiya XİN Qarabağda vəziyyətin kəskin gərginləşməsindən narahat olduğunu bildirib

Baxış sayı: 427 dəfə baxılıb.

Rusiya XİN Qarabağda vəziyyətin kəskin gərginləşməsindən narahat olduğunu
bildirib

“Rusiya Dağlıq Qarabağda vəziyyətin kəskin şəkildə gərginləşməsindən dərin
təşvişə düşüb və münaqişə tərəflərini qan tökülməsini dayandırmağa və
diplomatik həll yoluna qayıtmağa çağırır”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova
bugünkü brifinqdə deyib.

“Biz Dağlıq Qarabağda vəziyyətin kəskin şəkildə gərginləşməsindən dərin təşviş
içindəyik, – deyə o bildirib. – Rusiya tərəfi münaqişə tərəflərini qan
tökülməsinin qarşısını almağa və hərbi əməliyyatları dərhal dayandırmağa
çağırır.

Rusiya sülhməramlıları vəziyyətin gərginləşməsinə baxmayaraq, Qarabağda öz
funksiyalarını yerinə yetirməkdə davam edirlər”.

Zaxarova əlavə edib ki, Moskva Rusiya-Ermənistan müttəfiqliyinə sadiqliyini
bir daha təsdiqləyir.

Zaxarova qeyd edib ki, Rusiya Federasiyası Ermənistanın Rusiya əleyhinə
addımlarının ikitərəfli münasibətlərə heç bir təsir göstərməməsi ilə bağlı
bəyanatlarından razı deyil. O, həmçinin Rusiya sülhməramlıları vəziyyətin
gərginləşməsinə baxmayaraq, Qarabağda öz funksiyalarını yerinə yetirməkdə davam
etdiyini bildirib.

Mənbə: TASS

Source link