Rusiya XİN: “Qranadada keçiriləcək görüşdə iştirakdan imtina Azərbaycanın
suveren hüququdur” – VİDEO
“Aİ ölkələri və Ermənistanın iştirakı ilə keçiriləcək görüşdən imtina etməsi
Azərbaycanın suveren hüququdur”.
Cixisyolu.com-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi
nümayəndəsi Mariya Zaxarova mətbuat konfransı zamanı news.ru-nun sualını
cavablandırarkən bəyan edib.
O, Ermənistan-Azərbaycan münaqişəsinin həllində Rusiyanın vasitəçi rolunu
vurğulayaraq əlavə edib ki, Qərb yaranmış vəziyyətdən öz xeyrini axtarmağa
başlayıb:
“Qərb tərəfdaşları işə qarışıb öz mənfəətlərini axtarmağa başlayıblar: onların
faydası həmişə başqalarının əldə etdiyi harmoniyanın pozulmasındadır”.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Qranadada keçiriləcək
görüşdə iştirakdanimtina edib
Fransanın destruktiv mövqeyi, eləcə də Paris və Berlinin Türkiyənin bu görüşdə
iştirakı ilə bağlı narazılığıdır. Bu şərtlərdə Azərbaycan tərəfi danışıqlar
aparmaqdan imtina edib.