2fe7f69b-0bdc-441f-a20d-f22946820bc2..jpg

Rusiya XİN rəsmisi: “KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinə hazırıq”

Baxış sayı: 957 dəfə baxılıb.

Rusiya XİN rəsmisi: “KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədində
yerləşdirilməsinə hazırıq”

“Ümid edirik ki, KTMT çərçivəsində İrəvanla qarşılıqlı əlaqələrə dair bütün
məsələlər, o cümlədən də təşkilatın Ermənistan ərazisində müşahidə missiyasının
yerləşdirilməsi konstruktiv və bütün tərəflər üçün faydalı olacaq şəkildə
həllini tapacaq”.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI
telekanalının suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, KTMT-də mövcud olan qarşılıqlı əlaqə formatları çərçivəsində
Ermənistan tərəfini narahat edən bütün məsələlər açıq şəkildə müzakirə edilir.

“Biz öz tərəfimizdən KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədində
yerləşdirilməsi planlarını həyata keçirməyə hazır olduğumuzu bir daha
təsdiqləyirik”, – deyə Mixail Qaluzin qeyd edib.

Mənbə: RTVI

Source link