c00ee2e6-3f8b-4402-b4d2-e2e15af41955..jpg

Rusiya XİN: “Regiona Ağdam marşrutu ilə yüklərin müntəzəm şəkildə daxil olacağını gözləyirik”

Baxış sayı: 497 dəfə baxılıb.

Rusiya XİN: “Regiona Ağdam marşrutu ilə yüklərin müntəzəm şəkildə daxil
olacağını gözləyirik”

“Moskva yaxın gələcəkdə Ağdam marşrutu ilə paralel olaraq Laçın marşrutunun da
istifadə olunacağını və humanitar yardımların müntəzəm olaraq hər iki
istiqamətdə regiona maneəsiz daxil olacağını gözləyir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, Rusiya tərəfinin Qarabağdakı vəziyyəti həll etmək üçün ardıcıl addımlar
atdığını vurğulayıb.

“Rusiya xarici işlər naziri Sergey Lavrovun iyulun 25-də Moskvada Azərbaycan
və Ermənistan XİN rəhbərləri ilə üçtərəfli görüşdə irəli sürdüyü təşəbbüsə
uyğun olaraq, bütün maraqlı tərəflərlə birgə Laçın və Ağdam marşrutlarının
paralel açılması sxemi işlənib-hazırlanıb”, – deyə XİN sözçüsü vurğulayıb.

Onun sözlərinə görə, ilk addım olaraq sentyabrın 12-də ümumrusiya ictimai
təşkilatı Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) xətti ilə Ağdam marşrutu ilə
rayona humanitar yardım partiyası gətirilib.

Zaxarova vurğulayıb ki, Qarabağ sakinlərinə 15 tona yaxın ərzaq (un, qənd,
taxıl, makaron, bişmiş ət və sair saxlama müddəti uzun olan məhsullar), şəxsi
gigiyena vasitələri və yataq dəstləri verilib. QXC-nin Qarabağdakı əməkdaşları
çatdırılan malların paylanması prosesinə başlayıblar.

Source link