Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyaya sabiq polkovnik Serqey Skripalın zəhərlənməsi işi ilə bağlı suallar dərc edib.
ÇıxışYolu.Com Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə qurumun saytında yerləşdirilmiş məlumatda bildirilir:
“Martın 31-də Rusiyanın Londondakı Səfirliyi Böyük Britaniya XİN-ə “Skripal işi” ilə bağlı sualların siyahını göndərib”.
XİN-in dərc etdiyi siyahıda “Skripal işi” ilə bağlı Rusiya tərəfinə imtinanın səbəbləri, Fransanın araşdırmada iştirakı, Rusiya istehsalı kimi İngiltərənin qələmə verdiyi “Noviçok” döyüş məhsulunun istifadəsi kimi suallar yer alıb.