Rusiya XİN Trampın “Venesueladan rədd olmaq” tələbinə cavab verdi

Baxış sayı: 2. 736 dəfə baxılıb.

Rusiya XİN Trampın “Venesueladan rədd olmaq” tələbinə cavab verdi

Dünən ABŞ prezidenti Donald Tramp Rusiyaya “Venesueladan rədd olmağı” tövsiyə edib. O, Rusiya qoşunlarının Venesueladan çıxarılması üçün bütün variantları gözdən keçirdiyini də vurğulamışdı.

Rusiya tərəfinin cavabı özünü çox gözlətməyib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Trampa tövsiyə vermək əvəzinə Suriyadan qoşunları geri çağırmalı olduğunu xatırladıb.

“Başqa dövlətlərin qanuni maraqları barədə sərəncam verməzdən öncə,  ABŞ administrasiyasına beynəlxalq ictimaiyyət qarşısında verilmiş sözə əməl etməyi tövsiyə edirik. ABŞ-ın hərəkətləri kovboyların özünü Luvr muzeyində aparmasına bənzəyir. Zövq almaq əvəzinə öz fobiyalarına reaksiya verirlər”.