b86a9a0a-5426-4850-80b9-c379571a1511..jpg

Rusiya XİN: “Üçtərəfli Bəyanat aktuallığını qoruyur”

Baxış sayı: 574 dəfə baxılıb.

Rusiya XİN: “Üçtərəfli Bəyanat aktuallığını qoruyur”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli
bəyanat indiki şəraitdə öz aktuallığını saxlayır, onun alternativi yoxdur.

Bunu “Report”a Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat
verilib.

Rusiya XİN-in məlumatında qeyd olunur ki, 2020-2022-ci illərdə imzalanan
üçtərəfli sazişlər toplusu hazırkı şəraitdə də aktuallığını qoruyur.

“Rusiya regional nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan və
Ermənistan arasında sülh sazişinin şərtlərinin işlənib hazırlanması, həmçinin
sərhədlərin delimitasiyası və demarkasiyası daxil olmaqla, bütün istiqamətlərdə
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə kömək etməyə
hazırdır. Biz Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin
həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu çərçivəsində əlaqələrin
intensivləşdirilməsinin tərəfdarıyıq. Cənubi Qafqazda nəqliyyat
kommunikasiyalarının açılması üçün sadəcə olaraq alternativ etibarlı mexanizm
yoxdur”, – deyə məlumatda qeyd edilib.

Source link