Rusiya XİN Ukrayna ilə sülh üçün şərtləri açıqlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ukraynada davamlı sülh o zaman mümkündür ki, Qərb Kiyevə silah ötürməyi
dayandırsın və ölkə rəhbərliyi “yeni ərazi reallıqlarını” qəbul etsin”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya
Zaxarova “Frans Press” (AFP) agentliyinə bildirilib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Moskva danışıqlara
açıqdır, lakin hazırda danışıqları aparmaq üçün Kiyevdə və ya Qərbdə siyasi
iradə görmür.
Qadın diplomat qeyd edib ki, Ukrayna Rusiyanın təslim olmasında israrlıdır,
lakin belə şərtlərə əsaslanaraq, Moskva Ukrayna rəhbərliyindən heç kimlə
danışmayacaq.
Zaxarova həmçinin bildirib ki, Ukraynada münaqişənin həllinin “Koreya”
modelini zorla tətbiq etmək cəhdləri nəticəsiz qalıb, başqa həll yollarına
ehtiyac var.